...

Kəbənin örtüyü 3 metr yuxarı qaldırılıb

Dünya xəbərləri Materials 18 Aprel 2026 17:34 (UTC +04:00)
Kəbənin örtüyü 3 metr yuxarı qaldırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanında həcc mövsümünə hazırlıq çərçivəsində Kəbənin örtüyünün alt hissəsini 3 metr yuxarı qaldırılıb.

Trend xarici mediaya istinadən xəbər verir ki, ölkənin müvafiq qurumları bu barədə məlumat yayıblar.

Açıqlamada qeyd olunub ki, işlər örtüyün aşağı hissələrinin sökülməsi, künc hissələrinin ayrılması və daha sonra 3 metr hündürlüyə qaldırılaraq sabitlənməsini əhatə edib.

Təxminən iki saat davam edən prosesin 34 mütəxəssis tərəfindən diqqətlə həyata keçirildiyi vurğulanıb.

Həmçinin bildirilib ki, bu addım hər il, xüsusilə həcc dövründə intensivləşən təvaf zamanı örtüyün zədələnməsinin və ona toxunulmasının qarşısını almaq məqsədilə həyata keçirilir.

Açıqlamada əlavə olunub ki, qaldırılan hissə bütün istiqamətlərdən təxminən 2 metr enində ağ pambıq parça ilə örtülüb və bu da zəvvarların ibadətlərini daha rahat yerinə yetirmələri üçün görülən illik tədbirlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti