Bakı.Trend:
Gəncədə dəri sexlərinin birindən 2000 manatlıq elektrik mühərriklərinin mis sarğıları oğurlanıb.
Trend-in məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Murad Hüseynov saxlanılıb.
Dindirilmə zamanı M. Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı naqilləri metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
