Bakı.Trend:
Paytaxtın Qara Qarayev prospektində köməkçi yol ilə Özbəkistan küçəsinin kəsişməsində işlər tam yekunlaşmayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, ərazidə nişanlanma xətlərinin çəkilməsi və yol nişanlarının quraşdırılması davam etdirilir.
Xatırladaq ki, həmin ünvanda aparılan xətlənmə sürücülərin çaşqınlığına səbəb olur və bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
