...

Bakıda yolda xətlənmə sürücüləri çaşdırdı (VİDEO)

Cəmiyyət Materials 17 Aprel 2026 10:39 (UTC +04:00)
Bakıda yolda xətlənmə sürücüləri çaşdırdı (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Qara Qarayev prospektində köməkçi yol ilə Özbəkistan küçəsinin kəsişmədə aparılan xətlənmə sürücülərin çaşqınlığına səbəb olur.

Trend xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Görüntülərdə qeyd edilir ki, düz hərəkət zolağında aparılan xətlənmə sürücülərin manevr imkanlarını məhdudlaşdırır. Xüsusilə sağa dönmək istəyən avtomobillər üçün əlavə çətinlik yaranır və nəticədə nəqliyyat vasitələri məcburən sağ zolağa keçərək daha irəlidə - ikinci döngədən dönmək məcburiyyətində qalırlar.

Xətlənmə bir qədər fərqli formada - daha aralı məsafədən təşkil olunsaydı, avtomobillər əvvəlcədən müvafiq zolağa daxil olaraq rahat şəkildə dönə bilərdilər. Bundan əlavə, ikinci zolaqdan sağa dönüşə icazə verən yol nişanlarının quraşdırılması da vəziyyəti daha da asanlaşdıra bilərdi.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti