Bakı. Trend:
Qırğızıstan irəliləyiş üçün öz tərəfdaşlarına, o cümlədən Türkiyə və Azərbaycana güvənir.
Trend xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, regional inteqrasiya son məqsəd deyil, davamlı bir prosesdir.
“Regional inteqrasiya siyasi iradə, güzəştlər və etimad tələb edir, xüsusilə xalqlarımız arasında etimad. Mərkəzi Asiya həmişə dialoq regionu olub. Biz inkişaf üçün imkanlar yaradan sabit və proqnozlaşdırıla bilən sülhü dəstəkləyirik”, – deyə o bildirib.
Nazir qeyd edib ki, Mərkəzi Asiya regionu əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat və enerji dəhlizlərinin inkişafı, eləcə də təhlükəsizlik məsələləri üzrə dialoqun dəstəklənməsi vasitəsilə regionun inkişafına töhfə verə bilər.
“35 ildən sonra bir şey aydındır: Mərkəzi Asiya güclü regiona çevrilib. Biz öz səsi olan müstəqil aktorlarıq”, – deyə Jeenbek Kulubayev əlavə edib.
