...

Azərbaycan "C5+" formatını gücləndirir və yeni imkanlar yaradır - Özbəkistan XİN

İqtisadiyyat Materials 18 Aprel 2026 15:20 (UTC +04:00)
Azərbaycan "C5+" formatını gücləndirir və yeni imkanlar yaradır - Özbəkistan XİN
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın “C5+” formatında iştirakı regional sinerjini əlavə olaraq gücləndirir, investisiya, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Trend xəbər verir ki, bunu Özbəkistanın xarici işlər nazirinin müavini Müzəffər Madrahimov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, dövlət başçılarının müntəzəm məsləhətləşmə görüşləri regional qarşılıqlı fəaliyyət üçün möhkəm əsas və həyati əhəmiyyətli məsələlər üzrə razılaşdırılmış qərarların qəbul edilməsi üçün effektiv mexanizmə çevrilib.

“Nəticədə praqmatizm və qarşılıqlı fayda prinsiplərinə əsaslanan yeni regionalizm modeli formalaşır. Bu, "C5+" formatını gücləndirib və onun qlobal dialoq və diplomatiya arxitekturasındakı rolunu möhkəmləndirib. Azərbaycanın iştirakı isə regional sinerjini daha da artıraraq investisiya, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır”, - deyə o qeyd edib.

Madrahimov vurğulayıb ki, Özbəkistan ilk növbədə Mərkəzi Asiya və türk dünyası ölkələri, o cümlədən Türkiyə və Azərbaycanla, eləcə də Çin, Rusiya, Avropa İttifaqı, ABŞ və digər dövlətlər daxil olmaqla geniş beynəlxalq tərəfdaşlar dairəsi ilə geniş və qarşılıqlı faydalı əməkdaşlığa açıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti