...

Azərbaycanda istilik və su elektrik stansiyalarında enerji istehsalının həcminin dinamikası məlum olub

Energetika Materials 17 Aprel 2026 22:47 (UTC +04:00)
Azərbaycanda istilik və su elektrik stansiyalarında enerji istehsalının həcminin dinamikası məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 1-ci rübü üzrə Azərbaycanda istilik elektrik stansiyalarında (İES) 6 milyard 66 milyon kVt·st, su elektrik stansiyalarında (SES) 510,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə İES-lərdə enerji istehsalı 252,3 milyon kVt·st və ya 4%, SES-lərdə isə 159,1 milyon kVt·st və ya 23,8% azalıb.

Ümumilikdə, 2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991 milyon kVt·st olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 180,8 milyon kVt·st və ya 2,5% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti