Bakı. Trend:
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin
18-də Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə
gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq
cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə,
Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala,
Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz,
Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın, Zəngilanda isə sarı xəbərdarlığa
uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san
təşkil edəcək.
Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı,
Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi
əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
