...

BVF Ukraynanın borc məsələlərinin aradan qaldırılması üçün strategiyasını açıqlayıb

Dünya xəbərləri Materials 18 Aprel 2026 01:22 (UTC +04:00)
BVF Ukraynanın borc məsələlərinin aradan qaldırılması üçün strategiyasını açıqlayıb

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna ilə bağlı dörd istiqamətdən ibarət dəstək strategiyasını icra edir.

Trend xəbər verir ki, bunu BVF-nin Avropa Departamentinin direktoru Alfred Kammer mətbuat konfransında deyib.

Onun sözlərinə görə, strategiyaya büdcə daxilolmalarının artırılması, xərclərin daha səmərəli idarə olunması, Kiyev üçün mühüm xarici maliyyə dəstəyinin təmin edilməsi və borcun restrukturizasiyası daxildir.

Ekspert qeyd edib ki, bu hədəflər reallaşarsa, proqramın sonunadək borcun dayanıqlılığının təmin olunacağı gözlənilir.

O əlavə edib ki, BVF proqramı ölkənin tədiyyə balansında sabitliyə və borc davamlılığına nail olmasına, eyni zamanda BVF proqramı və ya əlavə xarici yardım olmadan fəaliyyət göstərə bilməsinə hesablanıb.

Xəbər lenti

Xəbər lenti