Bakı. Trend:
Roma Papası Leonun qardaşlarından biri ABŞ-də yalançı bomba hədəsinin qurbanı olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İllinoys ştatının Nyu Lenoks polis idarəsi məlumat yayıb.
Rəsmilərin bildirdiyinə görə, saat 18:29-da fərdi yaşayış evində bomba hədəsi ilə bağlı çağırış daxil olub.
Məlumat daxil olan kimi əməkdaşlar dərhal hadisə yerinə cəlb edilib və yaxınlıqda yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi nəzarətə götürülüb. Ehtiyat tədbiri olaraq ətraf evlərə məlumat verilib və sakinlərdən təxliyə olunmaları xahiş edilib.
Araşdırmaya dəstək məqsədilə Uill dairəsi Şerif İdarəsinin partlayıcı maddələri aşkarlayan xüsusi kinoloji xidməti də daxil olmaqla ixtisaslaşmış bölmələr cəlb olunub.
Polisin məlumatına görə, hadisə yerində heç bir partlayıcı maddə aşkar edilməyib və xəsarət alan olmayıb.
