...

Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov-a inteqrasiya edilib

Cəmiyyət Materials 17 Aprel 2026 10:54 (UTC +04:00)
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov-a inteqrasiya edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daxili elektron sənəd dövriyyəsi sistemi (ESD) ilə myGov platforması arasında inteqrasiya başa çatdırılıb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin aprel ayından tətbiqinə başlanan yeni elektron xidmət vətəndaşların vaxtına, komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.

Bildirilib ki, indiyədək ərizə, müraciət, təkliflərlə bağlı vətəndaşlar poçt, elektron resurslar (elektron poçt, Dövlət Komitəsinin rəsmi facebook və instagram hesablarının mesaj bölməsi), yaxud müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə komitənin nümayəndəlikləri vasitəsi ilə komitəyə müraciət edirdilər.

“MyGov” platformasına inteqrasiya vətəndaşlara heç bir yerə getmədən, internet üzərindən müraciət etmək və cavab almaq imkanı verir.

Bunun üçün “myGov” portalında şəxsi kabinetə 5 üsuldan birini seçməklə daxil olmaq, bu xidmətlərdən istifadə ilə bağlı “myGov” portalında yerləşdirilmiş təlimat videosunda məlumat almaq mümkündür.

Müraciət birbaşa komitənin daxili ESD sisteminə daxil olur, burada qeydiyyata alınaraq aidiyyəti struktur bölmələr üzrə icraya yönləndirilir. Müraciətlərə baxıldıqdan sonra hazırlanmış cavablar isə sistem üzərindən yenidən vətəndaşın “myGov” platformasındakı şəxsi kabinetinə göndərilir. Beləliklə, vətəndaş müraciətinin qəbulu, icrası və cavablandırılması üzrə vahid, çevik və şəffaf elektron mübadilə mexanizmi formalaşdırılmış olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti