Bakı. Trend:
Kinorejissor, ssenarist və prodüser Emil Quliyev DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində səhnə ifaçılığı və aktyor sənəti üzrə təlimlərə cəlb olunmuş benefisiarlarla görüşüb.
Trend xəbər verir ki, mərkəzin direktoru Elnarə Ənsari qonaqla söhbət zamanı Mərkəzin istedadlı üzvlərinin gələcəkdə kino və teatr layihələrinə inteqrasiyası imkanlarını müzakirə edib.
Emil Quliyev təlimçi, aktyor Elşən Əsgərovun benefisiarlarla yaradıcılıq prosesini, onların birlikdə hazırladıqları yeni tamaşanın məşqlərini izləyib. Məşqlərdən sonra Emil Quliyev benefisiarlarla söhbət edib, aktyorların yaradıcılıq potensialını yüksək qiymətləndirib. Tanınmış rejissor öz peşəkar təcrübələrini gənclərlə bölüşüb, onların suallarını cavablandırıb.