Bakı. Trend:
İsrailin Livanla tarixi bir sülh razılaşmasına nail olmaq imkanı var.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu deyib.
"Livanla tarixi bir sülh razılaşmasına nail olmaqimkanımız var. Prezident [ABŞ Donald] Tramp məni və Livan Prezidenti [Cozef Aun]u bu razılaşmanı irəlilətməyə çalışmaq üçün Vaşinqtona dəvət etmək niyyətindədir", - deyə B. Netanyahu video müraciətində bildirib.
İsrailin baş naziri əlavə edib ki, o, Livanla sülh sazişində irəliləyiş əldə etmək üçün "[Livanda] 10 günlük müvəqqəti atəşkəsə razılıq verib".
