...

Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb

Cəmiyyət Materials 16 Aprel 2026 13:11 (UTC +04:00)
Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatının oğurlandığını bildirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini oğurlayıb.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti