Bakı. Trend:
Aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mülayim
cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 17-21° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 60-65 %
olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az
yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti, dağlarda
gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.
