...

Starmer sosial şəbəkə şirkətlərinə uşaqlarla bağlı çağırış edib

Dünya xəbərləri Materials 16 Aprel 2026 07:17 (UTC +04:00)
Starmer sosial şəbəkə şirkətlərinə uşaqlarla bağlı çağırış edib

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer sosial şəbəkə şirkətlərini uşaqların internetdə təhlükəsizliyinin təmin olunması istiqamətində daha böyük məsuliyyət daşımağa çağırıb.

Trend xəbər verir ki, Baş nazir bu bəyanatı Meta, Snap, Google, TikTok və X rəhbərləri ilə keçirəcəyi görüş öncəsi səsləndirib.

Starmer bildirib ki, sosial platformaların uşaqlara təsiri texnologiya şirkətlərindən daha sərt yanaşma və şəffaf hesabatlılıq tələb edir.

Onun sözlərinə görə, sosial şəbəkələr uşaqların özlərini, dostluqlarını və ətraf aləmi necə dərk etdiklərinə təsir göstərir. O vurğulayıb ki, bu təsir real risklərlə müşayiət olunursa, buna biganə qalmaq olmaz.

Baş nazir əlavə edib ki, dövlət qurumları rəqəmsal mühitdə yetkinlik yaşına çatmayanların müdafiəsi üçün bütün zəruri addımları atmağa hazırdır.

Hazırda Böyük Britaniyada uşaqların sosial şəbəkələrə çıxışına mümkün məhdudiyyətlərlə bağlı məsləhətləşmələr davam edir. Müzakirə olunan variantlar sırasında 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsinin qadağan olunması, tətbiqlərdən istifadə müddətinə limit qoyulması və asılılıq yaradan dizayn elementlərinin yasaqlanması da yer alır.

Xəbər lenti

Xəbər lenti