...

ABŞ nüvə silahı istehsalını artırır

Dünya xəbərləri Materials 16 Aprel 2026 07:48 (UTC +04:00)
ABŞ nüvə silahı istehsalını artırır

Bakı. Trend:

ABŞ Soyuq müharibənin başa çatmasından sonra ən yüksək həcmdə nüvə silahı istehsalı həyata keçirir.

Trend xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt Nümayəndələr Palatasının Büdcə Təxsisatı Komitəsində keçirilən dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası yeni və artmaqda olan təhdidlər şəraitində təhlükəsiz, etibarlı və effektiv nüvə çəkindirmə missiyasını davam etdirir.

Rayt bildirib ki, nazirlik Soyuq müharibədən bəri görünməmiş səviyyədə yeni silahların tədarükünü həyata keçirir.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin müddəti fevralın 5-də başa çatıb. Bununla yanaşı, Vaşinqton Moskvanın əsas məhdudiyyətlərin daha bir il qüvvədə saxlanılması ilə bağlı təklifini faktiki olaraq dəstəkləməyib.

Xəbər lenti

Xəbər lenti