...

2026-cı ilin birinci rübü ərzində “Çağrı Mərkəzi” 2597 zəng qəbul edib

Energetika Materials 15 Aprel 2026 11:50 (UTC +04:00)
2026-cı ilin birinci rübü ərzində “Çağrı Mərkəzi” 2597 zəng qəbul edib

Bakı. Trend:

2026-cı ilin birinci rübü ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 2597 zəng qəbul edilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Daxil olan zənglərin 2196-sı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 229-u təşəkkür xarakterli, 172-si isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti