Bakı.Trend:
Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,37 Mb/s, mobil internetin median sürəti isə 95,43 Mb/s olub.
Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir ki, bu barədə genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla”nın hesabatında qeyd olunub.
Yeni hesabata görə, fevral ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 0,10 Mb/s və ya 0,11%, mobil internetin sürəti isə 0,48 Mb/s və ya 0,51% yüksəlib.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 17,75 Mb/s (24,11%), mobil internetin sürəti isə 20,81 Mb/s (27,89%) artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.
