...

Tramp İranla razılaşmanın bu həftəsonu əldə edilə biləcəyini bildirib

Dünya xəbərləri Materials 16 Aprel 2026 22:52 (UTC +04:00)
Tramp İranla razılaşmanın bu həftəsonu əldə edilə biləcəyini bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İran bu həftəsonu razılığa gələ bilərlər.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib.

Jurnalistlər ondan İranla müqavilənin nə vaxt imzalana biləcəyini soruşublar. O, cavabında deyib: "Ola bilər ki, bu həftəsonu".

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb. İran elə həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə iki həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti