...

Şirvanda əməliyyat: iki oğru saxlanılıb (VİDEO)

Hadisə Materials 16 Aprel 2026 10:59 (UTC +04:00)
Şirvanda əməliyyat: iki oğru saxlanılıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Şirvanda evdən 15000 manat oğurlayan iki nəfər saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Emin Abbasov və Ağa Dəmirov saxlanılıblar.

Onlar qeyd edilən mənzildən 15000 manat nağd pul vəsaiti oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti