Bakı. Trend:
Bu ilin I rübü üzrə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirlərinin həcmi açıqlanıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, ümumi gəlirlərinin həcmi ən yüksək olan bank “Kapital Bank” olub. Bankın ümumi gəlirlərinin həcmi 471,855 milyon manat təşkil edib.
İkinci sırada 430,131 milyon manat ümumi gəlirlər ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) dayanıb. Siyahının üçüncü pilləsində isə 201,166 milyon manat ümumi gəlirlər ilə "PAŞA Bank" qərarlaşıb.
Ümumi gəlirlərinin həcmi ən az olan bank isə “Bank Melli Iran” olub. Bankın ümumi gəlirlərinin həcmi 3,436 milyon manat təşkil edib.
|
Banklar |
Ümumi gəlirləri (Min manat) |
|
Kapital Bank |
471,855,00 |
|
ABB |
430,130,75 |
|
Pasha Bank |
201,166,00 |
|
UniBank |
105,183,27 |
|
Bank Respublika |
86,751,90 |
|
AccessBank |
73,884,00 |
|
Xalq Bank |
61,124,10 |
|
Bank of Baku |
56,881,81 |
|
Yelo Bank |
53,384,83 |
|
Rabita Bank |
49,393,65 |
|
Azer–Turk Bank |
46,568,00 |
|
Turan Bank |
34,493,00 |
|
ZiraatBank |
31,165,70 |
|
Expressbank |
26,697,52 |
|
YapikrediBank |
21,824,02 |
|
AzersenayeBank |
14,965,19 |
|
Premium Bank |
14,476,00 |
|
AFB Bank |
13,414,06 |
|
VTB Bank |
12,367,84 |
|
Avrasiya Bank |
5,093,01 |
|
Bank Melli Iran |
3,435,85 |
