Bakı. Trend:
2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 572 min ABŞ dolları dəyərində 2,065 min ton neft bitumu ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 38 min ABŞ dolları və ya 7,1 faiz çoxdur, həcm baxımından isə 21 ton və ya 1 faiz yüksəkdir.
Hesabat dövründə neft bitumunun Azərbaycanın ümumi ixrac həcmindəki payı 0,01 faiz təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞ dolları və ya 21,9% azdır.
İxracın payına 5,402 milyard ABŞ dolları, idxalın payına isə 4,005 milyard ABŞ dolları düşüb. Son bir ildə ixrac 984 milyon ABŞ dolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya 29,3% azalıb.
Nəticədə xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur.
