Bakı. Trend:
Benzin qiymətləri ABŞ-də bu yaya qədər bir qalona (3,785 litr) görə 3 dollara yaxın olacaq.
Trend xəbər verir ki, bu barədə Birləşmiş Ştatların maliyyə katibi Skott Bessent jurnalistlərə açıqlama verib. O bildirib ki, neftin çıxarılması Hörmüz boğazının açılışından bir həftə sonra bərpa oluna bilər
"ABŞ-də benzinin qiymətləri enəcək. Mən nikbinəm ki, 20 iyun və 20 sentyabr tarixləri arasında yenidən 3 dollarlıq benzin əldə edə bilərik", - deyə Bessent qeyd edib.
ABŞ-də benzinin qiyməti əvvəllər təxminən bir qalona görə 3,17 dollar idisə, indi orta hesabla 4,11 dollar təşkil edir.