Bakı. Trend:
Argentinalı futbolçu Dieqo Maradonanın (1960-2020) ölümü ilə bağlı dinləmələr aprelin 14-də San İsidro şəhər məhkəməsində davam etdirilib.
Trend-in məlumatına görə, bu barədə "Clarín" qəzeti xəbər verib.
Məhkəmə iclasında prokurorluğun nümayəndələri və təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.
Dinləmə başlamazdan əvvəl Maradonanın müalicə həkimi Leopoldo Lukenin vəkillərindən biri məhkəmədən dinləmənin televiziyada yayımlanmasına icazə verməsini istəsə də, hakimlər bu tələbi rədd etdilər.
Prokuror Patrisio Ferrari məhkəmə iclasında 100-dən çox şahidin ifadə verəcəyini açıqlayıb. Onun sözlərinə görə, ittiham tərəfi Maradonaya lazımi qayğı şəraitinin təmin edilmədiyini və təqsirləndirilən şəxslərin “çoxsaylı həyəcan siqnallarını” görməzliyə vurmadıqları təqdirdə onun ölümünün qarşısının alına biləcəyini sübut etmək niyyətindədir.