...

Portuqaliya vahid Avropa ordusunun yaradılmasına qarşı çıxıb

Dünya xəbərləri Materials 15 Aprel 2026 19:00 (UTC +04:00)
Portuqaliya vahid Avropa ordusunun yaradılmasına qarşı çıxıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliya vahid Avropa ordusunun yaradılması ideyasını dəstəkləmir və NATO çərçivəsində öz silahlı qüvvələrinin gücləndirilməsi və modernləşdirilməsinin tərəfdarıdır.

Trend xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Nunu Melu bəyan edib.

“Biz vahid Avropa ordusunun yaradılmasının tərəfdarı deyilik”, – nazir parlamentdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Portuqaliya NATO çərçivəsində qarşıya qoyulan vəzifələri yerinə yetirmək qabiliyyətini təmin etmək üçün öz silahlı qüvvələrinə investisiya yatırmalıdır.

Portuqaliyanın müdafiə naziri vurğulayıb ki, ölkə 2025-ci ildə ilkin qrafikdən dörd il əvvəl NATO meyarlarına uyğun olaraq müdafiə xərclərini 6,12 milyard avroya, yəni ÜDM-in 2 faizinə çatdırıb.

Silahlı qüvvələrin gücləndirilməsi məqsədilə Lissabon Avropa İttifaqından 5,8 milyard avro məbləğində güzəştli kreditlərin alınması üçün müraciət edib. Nazir bildirib ki, “əgər hər şey yaxşı getsə”, 2030-cu ilə qədər Portuqaliya yeni freqatlar, zirehli texnika, peyklər və pilotsuz uçuş aparatları əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti