...

İran və ABŞ arasında danışıqlar haqda mesaj mübadiləsi davam edir – Bəqai

Dünya xəbərləri Materials 15 Aprel 2026 16:11 (UTC +04:00)
İran və ABŞ arasında danışıqlar haqda mesaj mübadiləsi davam edir – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və AbŞ arasında danışıqlarla əlaqədar mesaj mübadiləsi davam edir.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (15 aprel) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 12 apreldə İran heyəti Tehrana qayıtdıqdan sonra Pakistanın vasitəçiliyi ilə çoxlu sayda mesaj mübadiləsi olunub.

Bəqai bildirib ki, İranın mövqeyi tamamilə aydındır və İslamabadda da bəyan olunub.

“Böyük ehtimalla İran Pakistan heyətinə ev sahibliyi edəcək. İslambadda baş tutan danışıqların davamı olaraq və Pakistan tərəfinin ABŞ tərəfi ilə müzakirəsi əsasında danışıqlar aparılacaq. Ehtimal üzrə Pakistan heyətinin səfərində iki tərəfin baxışları haqda müzakirə aparılacaq”, -deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti