...

Azərbaycanda büdcə kəsiri 2030-a qədər azalacaq

İqtisadiyyat Materials 15 Aprel 2026 17:09 (UTC +04:00)
Azərbaycanda büdcə kəsiri 2030-a qədər azalacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2027-ci ildə 2,2 faiz təşkil edəcəyi, 2030-cu ildə isə 2,0 faizə enəcəyi proqnozlaşdırılır.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirlib ki, 2027-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 64,0 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3 milyard 161,0 milyon manat, 3 milyard 210,3 milyon manat və 3 milyard 408,0 milyon manat məbləğində proqnozlaşdırılır.

“Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Müəyyən olunmuş bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq borc sazişləri üzrə cəlb olunacaq kredit vəsaitləri kəsirin maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcək.Yeni makrofiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xarici borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcək. Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılması davam edəcək.Bununla yanaşı, 2027-ci ildə 2 milyard 42,6milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2030-cu ildə 54,1 milyon manat səviyyəsində olacağı gözlənilir”, - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti