...

Autizmli uşaq danışmırsa nə etmək lazımdır?

Gündəm Materials 15 Aprel 2026 15:46 (UTC +04:00)
Autizmli uşaq danışmırsa nə etmək lazımdır?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Autizm sindromlu uşaqlarda sosial ünsiyyət pozğunluqları, beynin səsli informasiyalarının çətinliklə qavranılmaması, sensor həssaslığının həddindən artıq yüklənməsi və ünsiyyət üçün motivasiyanın olmaması səbəbindən nitq inkişafdan qala bilir.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Respublika Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova açıqlayıb.

Aygün Ələkbərova qeyd edib ki, çox vaxt uşaq danışmırsa ilk loqopedlər yada düşür:

"Amma unutmayaq ki, nitq adətən, anlamaqdan aktiv istifadəyə doğru irəliləyir. Əgər yuxarıda sadaladıqlarımızdan biri müşahidə olunarsa nitq anlayışını,nitqin anlamasını inkişaf etdirmək mümkün olmur. Uşaqların səsli nitqə marağını oyatmaq və böyüklərin nitqini dinləmək bacarığını inkişaf etdirmək üçün təqlid bacarığı olmalıdır. Autizm sindromlu uşaqlarda nitq mənimsənilməsi çətin olan sosial alətə çevrilir. Ona görə də, bir çox uşaqlar qeyri-verbal ünsiyyətdən (jestlər, kartlar) istifadə etməklə istəklərini bildirirlər. Çox əfsuslar olsun ki, aşağı potensiallı autizm sindromlu uşaqlarda verbal ünsiyyətin inkişafı müşahidə olunmayada bilər. Amma yüksən potensialı autizm uşaqlarda zamanında düzgün tibbi və psixo-pedaqojı müdaxilələr olunarsa nitqin dinamikası müşahidə olunur. Məsələn, Asperger sindromlu uşaqlar əla mexaniki yaddaşa sahibdirlər, həvəslə, ədəbi dildə danışa bilirlər, lakin söhbəti axıcı, maraqlı, davamlı etdirməkdə çətinlik çəkirlər. Autizm sindromlu uşaqlarla peşəkar psixo-pedaqojı komanda çalışmalı,ailələri isə hər zaman sevgi və dəstəklərini əsirgəməməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti