...

Azərbaycanda yeni büdcə siyasətinin əsas hədəfləri açıqlanıb

İqtisadiyyat Materials 15 Aprel 2026 16:22 (UTC +04:00)
Azərbaycanda yeni büdcə siyasətinin əsas hədəfləri açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2027-ci il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

"Ötən dövr üzrə fiskal siyasət üçün xarakterik olan bir sıra çağırışlar, o cümlədən Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinicrası, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, ortamüddətli büdcə dövrü üçün öz aktuallığını qorumaqdadır.

Bununla yanaşı, rəqəmsal inkişaf sahəsində müəyyən edilən prioritetlər, su təchizatı və nəqliyyat infrastrukturunun inkişafı, sosial, ərzaq təminatı və digər sahələr üzrə qəbul edilmiş strategiya, dövlət proqramları və qərarlarfiskal siyasətin formalaşmasına təsir edən əsas amillər sırasındadır", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti