Bakı. Trend:
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.
İspaniya təmsilçilərindən "Barselona” "Atletiko Madrid"in qonağı olub. Kataloniya təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazansa da, ilk matçdakı məğlubiyyətə görə turnirdə mübarizəni dayandırıb. Madrid klubu isə adını yarımfinala yazdırıb.
Digər görüşdə isə İngiltərənin "Liverpul" komandası doğma meydanda Fransanın PSJ klubunu qəbul edib. İlk oyunda olduğu kimi səfərdə də rəqibinə qalib gələn Paris təmsilçisi növbəti mərhələyə adlayıb.
UEFA Çempionlar Liqası
1/4 final
14 aprel
23:00. "Atletiko Madrid" (İspaniya) - "Barselona" (İspaniya) - 1:2
İlk oyun - 2:0.
23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 0:2
İlk oyun - 0:2.
Qeyd edək ki, bu raundun digər cavab matçları aprelin 15-də keçiriləcək.
