Bakı. Trend:
İsrail ordusu Livanın cənubundakı Bint-Cbeyl şəhərinin mühasirəsini başa çatdırıb.
Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının komandiri general-mayor Rafi Milo bildirib.
"Son günlərdə bu ərazini mühasirəyə aldıq və Bint-Cbeyl daxilində əməliyyatlara başladıq. Bu, əhəmiyyətli bir əməliyyat manevridir", - deyə o bildirib.
Onun sözlərinə görə, qeneral Bint-Cbeyldə hərbçilərlə əməliyyat görüşü keçirib. "Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin qoşunları [Livanın cənubunda] bütün müdafiə cəbhəsi boyunca fəaliyyət göstərərək "Hizbullah"ın terrorçu infrastrukturunu məhv edir", - deyə o əlavə edib.