...

"Barselona"nın baş məşqçisi UEFA nümayəndələrinə şikayət etdi

İdman Materials 13 Aprel 2026 23:06 (UTC +04:00)
"Barselona"nın baş məşqçisi UEFA nümayəndələrinə şikayət etdi

Bakı. Trend:

"Barselona"nın baş məşqçisi Hansi Flik "Atletiko"nun stadionu – "Metropolitano Stadium"da meydanın vəziyyətindən narazı qalıb.

Trend xəbər verir ki, Çempionlar Liqasının 1/4 final cavab oyunu öncəsi keçirilən məşqdən əvvəl o, UEFA nümayəndələrinə yaxınlaşaraq ot örtüyünün vəziyyəti ilə bağlı şikayət edib və konkret bir sahəni göstərib.

Qeyd edək ki, komandalar arasında ilk oyunda Madrid klubu 2:0 hesabı ilə qalib gəlib və cavab qarşılaşması böyük əhəmiyyət daşıyır.

Xəbər lenti

Xəbər lenti