...

Britaniya Hörmüzün ABŞ tərəfindən bloklanmasına qarşı çıxıb

Dünya xəbərləri Materials 13 Aprel 2026 12:42 (UTC +04:00)
Britaniya Hörmüzün ABŞ tərəfindən bloklanmasına qarşı çıxıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın elan etdiyi Hörmüz boğazının dəniz blokadasına qoşulmayacaq.

Trend xarici mediaya istinadən xəbər verir ki, bunu Britaniyanın Baş naziri Kir Starmer "BBC" radiosuna verdiyi müsahibədə bildirib.

“Biz İran limanlarının blokadasını dəstəkləmirik”, - deyə britaniyalı hökumət başçısı bildirib. O əlavə edib ki, Britaniya Hörmüz boğazının gəmiçilik üçün açılmasına fokuslanıb.

“Biz enerji qiymətləri ən tez zamanda bu yolla aşağı sala bilərik”,- deyə Starmer vurğulayıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti