...

Ankarada keçiriləcək sammit NATO tarixinin ən mühüm tədbiri ola bilər - Fidan

Dünya xəbərləri Materials 13 Aprel 2026 15:40 (UTC +04:00)
Ankarada keçiriləcək sammit NATO tarixinin ən mühüm tədbiri ola bilər - Fidan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyul ayında Ankarada keçiriləcək NATO sammiti alyansın tarixində ən mühüm tədbir ola bilər.

Trend xarici KİV-ə isitnadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan danışıb.

Onun sözlərinə görə, Türkiyə bu sammitdə ABŞ Prezidenti Donald Trampın da şəxsən iştirak edəcəyinə ümid edir

“Türkiyədə keçiriləcək NATO sammiti ola bilsin ki, NATO tarixində ən mühüm sammit olsun”, – deyə Fidan ABŞ Prezidenti Donald Trampın Şimali Atlantika Müqaviləsi Təşkilatının gələcəyi ilə bağlı bəyanatları fonunda alyansdakı vəziyyətdən danışarkən bildirib.

“Biz hesab edirik ki, Tramp prezidentimiz tərəfindən göndərilən dəvət əsasında Ankarada keçiriləcək NATO sammitinə gələcək. Adətən o ( Donald Tramp-red) NATO sammitlərində iştirak etməyə o qədər də həvəs göstərmir”, – Fidan "Anadolu" agentliyinə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti