...

Bakıda Pakistan nümayəndə heyətinin tələbələrlə görüşü keçirilib

Cəmiyyət Materials 13 Aprel 2026 14:23 (UTC +04:00)
Bakıda Pakistan nümayəndə heyətinin tələbələrlə görüşü keçirilib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Azərbaycan Dillər Universitetində tələbələrin Pakistan nümayəndə heyəti ilə görüşü keçirilib.

Trend xəbər verir ki, tədbir Pakistan Mədəniyyət Mərkəzində baş tutub.

Pakistan nümayəndə heyətinin tərkibinə İnsan Hüquqları üzrə Nazirliyin parlament katibi Saba Sadik və nazirliyin katibi Abdul Xalik Şeyx daxil olub.

Abdul Xalik Şeyx bildirib ki, Mərkəzi ziyarət etmək və tələbələrlə ünsiyyət qurmaq imkanından məmnundur. Onun sözlərinə görə, gənclərin Pakistan mədəniyyəti ilə tanış olmaq, dünyagörüşünü genişləndirmək və inkişaf etdirmək imkanının olması önəmlidir.

O vurğulayıb ki, bu kimi təşəbbüslər Pakistanın dəstəyi ilə, o cümlədən insan hüquqları sahəsində həyata keçirilir. Onun sözlərinə görə, xüsusi diqqət uşaq hüquqlarının qorunmasına və onların rifah içində inkişafı üçün şəraitin yaradılmasına yönəldilir.

“Burada olmaqdan və sizinlə görüşməkdən böyük şərəf duyuruq. Biz hesab edirik ki, uşaqların müdafiəsi məsələləri o cümlədən parlament səviyyəsində diqqət mərkəzində qalmalıdır”,- deyə Abdul Xalik Şeyx əlavə edib.

Saba Sadik isə öz növbəsində bildirib ki, Pakistan Yaxın Şərqdəki münaqişənin tənzimlənməsi istiqamətində səylər göstərir.

“Biz tərəflərin danışıqlar masasına əyləşməsi üçün çalışdıq. Bu prosesdə bizi müxtəlif regionlardan olan ölkələr dəstəklədi. Qarşıdurmada olan iki tərəf dialoqa başlaya bildi - bu, birgə səylər və əməkdaşlıq ruhu sayəsində mümkün oldu. Danışıqlar baş tutdu, lakin hələlik yekun razılaşma əldə olunmayıb”, - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ-nin da iştirakı ilə davam edən hazırkı proses gələcəkdə konkret nəticələrə gətirib çıxara bilər. O vurğulayıb ki, Pakistan regiondakı münaqişənin davam etməməsinə və sülh yolu ilə həll olunmasına çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti