Bakı. Trend:
Bu gün futbol üzrə Misli Premyer Liqasının 27-ci turuna iki oyunla son qoyulacaq. Günün ilk qarşılaşmasında "Qəbələ" "İmişli" ilə üz-üzə gələcək.
Trend xəbər verir ki, oyun saat 15:30-da Qəbələ şəhər stadionunda keçiriləcək.
“Qəbələ” 19 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb. 23 xala malik “İmişli” isə doqquzuncudur.
Misli Premyer Liqası
Dördüncü dövrə, 27-ci tur
12 aprel
15:30. “Qəbələ” - “İmişli”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam
Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu