Bakı. Trend:
ABŞ Meksika ilə sərhəddə pilotsuz uçuş aparatlarına qarşı lazer sistemləri yerləşdirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FMAİ) və Pentaqon birgə açıqlama yayıb.
Məlumata əsasən, tərəflər hökumətə cənub sərhədində PUA-larla mübarizə məqsədilə yüksək enerjili lazer texnologiyasından istifadə imkanı verən razılaşma imzalayıblar.
Bildirilir ki, bundan əvvəl FMAİ Nyu-Meksiko ştatında bu sistemin sınaqlarını həyata keçirib. Yekun nəticələr göstərib ki, tətbiq ediləcək təhlükəsizlik tədbirləri müəyyən olunmuş tələblərə cavab verir və mülki aviasiya üçün ciddi risk yaratmır.
Sınaqlar zamanı Pentaqon və ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən istifadə olunan lazer sistemi tətbiq edilib.