...

MEDİA: Azərbaycandan Körfəz ölkələrinə raket buraxılması xəbərləri əsassızdır (FOTO)

Gündəm Materials 10 Aprel 2026 15:37 (UTC +04:00)
MEDİA: Azərbaycandan Körfəz ölkələrinə raket buraxılması xəbərləri əsassızdır (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır.

Trend xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Agentlik bu kimi cəhdləri qətiyyətlə pislədiyini vurğulayıb:

“Bu növ iddialar ya qəsdən təxribat xarakteri daşıyır, ya da tamamilə məsuliyyətsiz və əsassız yanaşmanın nəticəsidir. Müasir texnoloji imkanlar şəraitində raket və ya digər uçuş vasitələrinin hansı istiqamətdən buraxıldığını müəyyən etmək çətin deyil.

Region və Körfəz ölkələri müasir radar və müşahidə sistemlərinə malikdir və bu sistemlər vasitəsilə obyektlərin mənşəyi və trayektoriyası aydın şəkildə müəyyən olunur”.

Bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və regional sabitliyin qorunmasına daim sadiqdir.

“Bütün tərəfləri yalnız yoxlanılmış və etibarlı mənbələrə istinad etməyə, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq.

Media subyektlərini və sosial şəbəkə istifadəçilərini informasiya yayımı zamanı yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirməyə, yalnız rəsmi və etibarlı mənbələri əsas götürməyə, şübhəli və manipulyativ xarakterli məlumatların yayılmasına yol verməməyə səsləyirik”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti