Bakı. Trend:
Fransanın cənub-şərqində yerləşən Alpes-de-Haute-Provence departamentində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə məxsus “Cirrus SR-20” təyyarəsi yerli vaxtla saat 09:30 radələrində təlim uçuşu zamanı Alpes-de-Haute-Provence departamentində qeyri-yaşayış sahəsində düşüb.
İnsident nəticəsində 2 pilotun yaralandığı bildirilir. Xilasedicilər tərəfindən aşkarlanan zamanı huşları özlərində olub və dərhal xəstəxanaya çatdırılıblar.
Qəzanın səbəblərini müəyyən etmək məqsədilə Mülki Aviasiya Təhlükəsizliyi üzrə Təhqiqat və Təhlil Bürosu tərəfindən araşdırma başlanıb
