...

AİB Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada 2027-ci ilə qədər ÜDM artımı ilə bağlı proqnozlarını təqdim edib

İqtisadiyyat Materials 10 Aprel 2026 11:10 (UTC +04:00)
AİB Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada 2027-ci ilə qədər ÜDM artımı ilə bağlı proqnozlarını təqdim edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın illərdə bir sıra amillər Qafqazda, eləcə də Mərkəzi və Qərbi Asiyada iqtisadi artım tempini məhdudlaşdıracaq.

Trend-in Asiya İnkişaf Bankı-na (AİB) istinadən verdiyi məlumata görə, regionda ÜDM artım tempi 2025-ci ildəki 4,6%-dən 2026-cı ildə proqnozlaşdırılan 4,2%-ə enəcək, bundan sonra isə 2027-ci ildə 4,4%-ə qədər xəfif bərpa gözlənilir.

Bunun əsas səbəbləri kimi, Qazaxıstanda iqtisadiyyatın yavaşlaması göstərilir; burada neft hasilatı qiymətlərin artmasına baxmayaraq, plato mərhələsinə çatır və istehsal gücünun son həddinə yaxınlaşır. Həmçinin Özbəkistanda ötən ilki sürətli artımdan sonra tikinti sektorunda yavaşlama gözlənilir.

Eyni zamanda, qlobal tələbin zəifləməsinin ixraca təzyiq göstərməsi səbəbindən Gürcüstan və Tacikistanda da artımın ləngiməsi proqnozlaşdırılır.

Subregion ÜDM-nin 64%-nə cavab verən Türkiyədə isə 2026-cı ildə sabit daxili tələbin hesabına iqtisadi artımın sabit qalacağı gözlənilir. Bununla belə, Yaxın Şərqdəki münaqişə qısamüddətli perspektivdə iqtisadi aktivliyə mənfi təsir göstərə bilər.

2027-ci ildə isə uzunmüddətli istifadə mallarına xərclərin artması və tikinti sektorunun inkişafı hesabına iqtisadi artımın sürətlənəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti