...

Küveytin hava hücumundan müdafiə qüvvələri PUA hücumlarını dəf edib

Dünya xəbərləri Materials 10 Aprel 2026 00:20 (UTC +04:00)

Bakı. Trend:

Küveytin hava hücumundan müdafiə sistemləri əmirliyin hava məkanına daxil olan bir neçə silahlı dronla mübarizə aparmaq üçün işə salınıb.

Trend-in məlumatına görə, bu barədə Küveyt Müdafiə Nazirliyi xəbər verib.

Məlumata əsasən, ölkənin hava hücumundan müdafiə qüvvələri Küveytdəki bir neçə vacib obyekti hədəf alan pilotsuz uçuş aparatları hücumlarını dəf edib.

Nazirlik PUA-ların haradan atıldığını bildirməyib, hücumun dəf edilməsinin effektivliyi barədə məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti