...

Azərbaycanda elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək

Cəmiyyət Materials 9 Aprel 2026 19:00 (UTC +04:00)
Azərbaycanda elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda qeyri-məişət kateqoriyası üzrə paylayıcı elektrik şəbəkəsinə qoşulmaq istəyənlər üçün elektron müraciət kanalı tətbiq ediləcək.

Trend-in əldə etdiyi məlumata görə, iyunda bununla bağlı normativ hüquqi baza təkmilləşdiriləcək.

Belə ki, Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi “Azərişıq” ASC ilə birlikdə 2026-cı il iyunun 1-dək qeyri-məişət kateqoriyası üzrə paylayıcı elektrik şəbəkəsinə qoşulma məqsədilə müraciət edənlər üçün yalnız elektron müraciət kanalının tətbiqi ilə bağlı normativ hüquqi bazanın gücləndirilməsi barədə təklifləri hazırlayıb və aidiyyəti üzrə təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti