...

AzMİU məzununun layihəsi “Təməl” mükafatına layiq görüldü (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2026 10:18 (UTC +04:00)
AzMİU məzununun layihəsi “Təməl” mükafatına layiq görüldü (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsveçrəli memar Tomas Kovari ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) SABAH qrupları məzunu Əyyub Mirzəyevin həmmüəllif olduqları Laçın kanat yolu layihəsi Nəqliyyat, sənaye, rabitə və mühəndis bina və qurğuları nominasiyası üzrə “Təməl” mükafatına layiq görülüb.

Laçın kanat yolu layihəsi iki əsas stansiya binası və onları birləşdirən dayaq sistemindən ibarət vahid memarlıq kompozisiyası kimi formalaşdırılıb. Layihə çərçivəsində aşağı stansiya çoxsəviyyəli məkan quruluşu ilə seçilir. Burada platforma, müşahidə zalı və istirahət zonaları bir araya gətirilərək ziyarətçilər üçün funksional və rahat mühit yaradılıb.

Yuxarı stansiya isə daha yığcam həcmdə layihələndirilib və əsasən minik və enmə funksiyasını yerinə yetirir. Layihənin memarlıq-planlaşdırma, fasad həlləri ərazinin təbii relyefi ilə uyğunlaşdırılıb, yüngül, açıq və əlçatan məkan prinsipləri əsasında işlənib.

Mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən bu layihə müasir memarlıq yanaşmalarını funksionallıq və estetik həllərlə birləşdirərək diqqət çəkir.

Qeyd edək ki, əldə olunan uğur Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunlarının peşəkar hazırlıq səviyyəsinin göstəricisidir.

Xəbər lenti

Xəbər lenti