...

İsrail hakimiyyəti Livanla birbaşa danışıqlara başlamaq qərarına gəlib

Dünya xəbərləri Materials 9 Aprel 2026 21:20 (UTC +04:00)
İsrail hakimiyyəti Livanla birbaşa danışıqlara başlamaq qərarına gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Livanın birbaşa danışıqlara başlamaq müraciətlərinə cavab olaraq, İsrail hakimiyyəti bu addımı atmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə İsrail baş naziri Binyamin Netanyahu deyib.

"Livanın İsrail ilə birbaşa danışıqlara başlamaq üçün dəfələrlə etdiyi çağırışları nəzərə alaraq, dünən Nazirlər Kabinetinə mümkün qədər tez Livanla danışıqlara başlamağı tapşırdım", - deyə o bildirib.

Onun sözlərinə görə, danışıqların mövzusu "Hizbullah" hərəkatının tərksilah edilməsi və İsrail ilə Livan arasında dinc münasibətlərin qurulması olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti