...

EIA "Brent" neftinin qiyməti ilə bağlı 2026-2027-ci illər üzrə proqnozlarını verib

Energetika Materials 8 Aprel 2026 20:16 (UTC +04:00)
EIA "Brent" neftinin qiyməti ilə bağlı 2026-2027-ci illər üzrə proqnozlarını verib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayında "Brent" markalı neftin orta spot qiyməti bir barel üçün 103 dollar təşkil edib və 2026-cı ilin ikinci rübündə 115 dollar/barel səviyyəsində pik həddə çatacağı, bundan sonra isə dayandırılmış hasilat həcmlərinin tədricən bərpası ilə azalmağa başlayacağı gözlənilir.

Bu barədə Trend ABŞ-nin Enerji İnformasiya İdarəsinə (EIA) istinadən məlumat verir.

“Biz proqnoz dövrü ərzində neft qiymətlərində risk mükafatını saxlayırıq, çünki gələcəkdə mümkün tədarük fasilələri ilə bağlı qeyri-müəyyənliyin qiymətləri münaqişədən əvvəlki səviyyədən yüksək saxlayacağını gözləyirik”,- deyə EIA bildirir.

Məlumata görə, 2026-cı ilin dördüncü rübündə "Brent" markalı neftin qiyməti bir barel üçün 90 dollardan aşağı düşəcək, 2027-ci ildə isə orta hesabla 76 dollar/barel təşkil edəcək.

“Bu proqnoz əsasən Yaxın Şərqdəki münaqişənin davametmə müddəti və bununla bağlı neft hasilatındakı fasilələrlə bağlı ehtimallarımızdan asılıdır”,- deyə hesabatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti