...

Fransada məktəblilərin sayı azalacaq

Dünya xəbərləri Materials 9 Aprel 2026 01:32 (UTC +04:00)
Fransada məktəblilərin sayı azalacaq

Bakı. Trend:

Fransanın Təhsil Nazirliyi yaxın onillikdə ölkədə məktəblilərin sayının əhəmiyyətli dərəcədə azalacağını açıqlayıb.

Trend xəbər verir ki, nazirliyin rəsmi proqnozlarına görə, 2035-ci ilə qədər şagirdlərin sayı 1 milyon 700 minə yaxın azalacaq ki, bu da hazırkı səviyyəyə nisbətən 14-15 faiz azalma deməkdir. Bu hal əsasən doğum səviyyəsinin azalması ilə əlaqələndirilir.

Nazirliyin proqnozlarına əsasən, növbəti tədris ilində ibtidai siniflərdə şagirdlərin sayında təxminən 125 min 400 nəfər azalma olacaq.

Xəbər lenti

Xəbər lenti