...

BƏƏ hökuməti qələbə elan edib

Dünya xəbərləri Materials 8 Aprel 2026 12:35 (UTC +04:00)
BƏƏ hökuməti qələbə elan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İranla yanaşı, Yaxın Şərqdəki müharibədə qələbəsini Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də bəyan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“BƏƏ həqiqətən qarşısını almağa çalışdığımız müharibədə zəfər çalıb. Biz qəhrəmanlıqla ümumilli müdifiə sayəsində səbat göstərdik; bu müdafiə suverenliyimizi, ləyaqətimizi və nailiyyətlərimizi xaincəsinə hücumlardan qorudu. Bu gün biz mürəkkəb regional gündəliyi idarə etmək üçün irəliləyirik, daha böyük təsir imkanlarına, vəziyyəti daha dərindən anlamaq və gələcəyi formalaşdırmaq qabiliyyətinə malikik. Gücümüz, dözümlülüyümüz və sarsılmazlığımız yalnız BƏƏ-nin bərpası modelini gücləndirib”,- BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş sosial şəbəkədə yazıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti