Bakı. Trend:
Çempionlar Liqasının 1/4 finalının ilk oyununda Almaniyanın "Bavariya" futbol klubu İspaniyanın "Real Madrid" komandasını 2:1 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, oyun Madridin "Santyaqo Bernabeu" stadionunda keçirilib.
Qalib komandanın heyətində qolları Luis Dias (41-ci dəqiqə) və Harri Keyn (46) vurublar. Məğlub komandadan isə Kilian Mbappe (74) fərqlənib.
Qeyd edək ki, "Bavariya" 2012-ci ildən bəri ilk dəfə "Real Madrid"i məğlub edib.
