...

“B-04” metrostansiyası ilin sonunadək istifadəyə veriləcək

Cəmiyyət Materials 8 Aprel 2026 12:05 (UTC +04:00)
“B-04” metrostansiyası ilin sonunadək istifadəyə veriləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Metropoliteninin Bənövşəyi xətti üzrə inşa edilən “B-04” metrostansiyasının ilin sonunadək istismara verilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə bu gün “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.

“B-04” stansiyası üzrə tikinti işləri planlaşdırılandan daha sürətlə davam edir. İşlərin ilin sonunadək tamamlanaraq stansiyanın istismara verilməsi nəzərdə tutulur”, - qurum rəsmisi bildirib.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə yerləşən “B-04” stansiyası Bənövşəyi xəttin 4-cü yeraltı, ümumilikdə isə 5-ci stansiyası olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti